ƏCZAÇI YARDIMÇISI KURSU
Əczaçılıq sahəsində peşəkar gələcəyinizi TeamMed Academy ilə qurun!
Əczaçı yardımçısı kursu aptek və farmasiya sahəsində işləmək istəyən şəxslər üçün nəzəri və praktiki istiqamətdə hazırlanmış kompleks tədris proqramıdır. Kurs müddətində tələbələr yalnız dərmanlar haqqında məlumat almır, eyni zamanda aptek kosmetikası, tibbi məhsullar, optika, xarici dillər, işarət dili və kompüter bacarıqlarını da öyrənirlər.
Kursda nələr öyrədilir?
Dərmanşünaslıq və aptek işi
Aptek kosmetikası və dermokosmetika
Aptek medikalları
Optika bölməsi
Əlavə tədris olunan fənlər
Rus dili
Aptekdə istifadə edilən rusdilli tibbi terminlər, dərman adlarının düzgün ifadəsi və rusdilli müştərilərlə ünsiyyət qaydaları öyrədilir.
İngilis dili
Farmasiya və tibb sahəsində işlənən əsas ingilis terminləri, dərman təlimatlarının anlaşılması və sadə peşəkar ünsiyyət bacarıqları inkişaf etdirilir.
İşarət dili
Eşitmə və nitq məhdudiyyəti olan şəxslərlə etik və düzgün ünsiyyət qurmaq üçün gündəlik və aptek xidmətinə uyğun əsas işarələr öyrədilir.
Kompüter dərsləri
Praktiki hazırlıq
Tədris zamanı tələbələr aptek mühitinə uyğun praktiki məşğələlərdə iştirak edirlər. Dərmanların və tibbi məhsulların tanınması, məhsulların rəflərə yerləşdirilməsi, stok nəzarəti, müştəriyə məhsulun təqdim olunması və müxtəlif aptek situasiyalarının həlli məşq edilir.
Kurs kimlər üçündür?
- Əczaçılıq və aptek sahəsinə marağı olanlar
- Aptekdə işləmək üçün ilkin bilik qazanmaq istəyənlər
- Aptek kosmetikası və dermokosmetika sahəsini öyrənmək istəyənlər
- Tibbi məhsullar üzrə satış və məsləhət bacarığı qazanmaq istəyənlər
- Optika sahəsi ilə tanış olmaq istəyənlər
- Xarici dil və kompüter bacarıqlarını inkişaf etdirmək istəyənlər
- Özünə yeni və perspektivli peşə istiqaməti seçənlər
Kursun üstünlükləri
- Kompleks və praktik yönümlü tədris proqramı
- Dərman, dermokosmetika, aptek medikalları və optikanın birlikdə öyrədilməsi
- Rus və ingilis dili dərsləri
- İşarət dili üzrə ilkin ünsiyyət bacarıqları
- Kompüter və elektron aptek proqramlarına hazırlıq
- Real aptek situasiyaları üzərində praktiki məşğələlər
- Peşəkar müəllim heyəti
- Kursu tamamlayan iştirakçılara sertifikat
TeamMed Academy ilə aptek sahəsinə daha hazırlıqlı addım atın!
Əczaçı yardımçısı kursu sizi müasir aptek mühitində tələb olunan əsas bilik və praktik bacarıqlarla tanış edir. Dərmanlardan dermokosmetikaya, tibbi məhsullardan optikaya, xarici dillərdən kompüter proqramlarına qədər geniş tədris proqramı ilə gələcəyinizə yatırım edin.
Qeydiyyat və ətraflı məlumat üçün TeamMed Academy ilə əlaqə saxlayın. 050 990 90 38