Autizm üzrə mütəxəssis kursu— bu, həm peşəkar inkişaf, həm də cəmiyyət üçün dərin sosial dəyər daşıyan bir təlim istiqamətidir.
Autizm üzrə Mütəxəssis Kursu
Kursun Məqsədi:
Autizm spektr pozuntusu (ASP) olan uşaqlarla çalışan mütəxəssislərin nəzəri və praktik biliklərini artırmaq, fərdi inkişaf proqramları tərtib etmək və ailələrlə peşəkar şəkildə işləmək bacarığını formalaşdırmaq.
Kursa Kimlər Qatıla Bilər:
* Uşaq psixoloqları
* Loqoped və nitq terapevtləri
* Duyğusal inteqrasiya və ergoterapiya üzrə mütəxəssislər
* Pedaqoqlar və xüsusi müəllimlər
* Sosial işçilər
* Tibbi kollec məzunları və tələbələri
Tədris Müddəti:
6 ay (praktik + nəzəri hissə)
İstəyə görə 3 aylıq intensiv “Assistent səviyyə” proqramı da əlavə edilə bilər.
Modul Strukturu:
1. Modul – Autizmin Elmi Əsasları
2. Modul – Davranış Analizi və ABA Metodologiyası
3. Modul – Sensor İntegrasiya və Hiss Orqanları
4. Modul – Kommunikasiya və Nitq İnkişafı
5. Modul – Sosial və Emosional Bacarıqların İnkişafı
6. Modul – Ailə ilə İş və Psixoloji Dəstək
7. Modul – Praktiki Sessiyalar və Klinik Təcrübə
Qiymətləndirmə Sistemi:
* Aylıq test və situasiya analizləri
* Real müşahidə hesabatı
* Son layihə: “Autizmli uşaq üçün fərdi inkişaf planı”
Kursu uğurla tamamlayan iştirakçılara International Certificate – “Autism Specialist” verilir.
Karyera İmkanları:
* Uşaq İnkişaf Mərkəzlərində iş
* Məktəbəqədər və xüsusi təhsil müəssisələri
* Klinika və terapiya mərkəzləri
* Özəl konsultasiya xidməti açmaq imkanı