ANESTEZİYA ASSİSTENTLİYİ ÜZRƏ HAZIRLIQ KURSU
6 aylıq nəzəri və praktiki tədris proqramı
Anesteziologiya sahəsində peşəkar biliklərə yiyələnin!
TEAMMED Academy tərəfindən təqdim olunan Anesteziya assistentliyi üzrə hazırlıq kursu tibbi təhsili olmayan, lakin anesteziologiya və əməliyyatxana sahəsində ilkin bilik və bacarıqlar əldə etmək istəyən şəxslər üçün nəzərdə tutulmuşdur.
Tədris proqramı tələbələrə anesteziologiyanın əsaslarını, əməliyyatxananın iş prinsipini, tibbi avadanlıqları, pasiyent təhlükəsizliyini və tibbi komandaya texniki-təşkilati dəstək qaydalarını öyrədir.
Kurs nəzəri dərslər, əyani nümayişlər, simulyasiya məşğələləri və praktik bacarıqların qiymətləndirilməsi əsasında təşkil olunur.
Kurs müddətində nələri öyrənəcəksiniz?
1. Anesteziologiyanın əsasları
2. Anesteziya avadanlıqları
3. Pasiyent monitorinqi
4. Anesteziyada istifadə olunan dərmanlar
5. Əməliyyatxananın təşkili
6. Təcili vəziyyətlər və ilkin yardım
Praktiki tədris
Tələbələr təlim avadanlıqları və simulyatorlar üzərində anesteziya cihazlarının hissələrini tanımaq, ləvazimatları ayırd etmək, monitor göstəricilərini izah etmək, ilkin yardım bacarıqlarını nümayiş etdirmək və əməliyyatxananın qeyri-klinik hazırlıq prosesini öyrənmək imkanı əldə edirlər.
Kurs kimlər üçün nəzərdə tutulub?
- Tibbi təhsili olmayan və bu sahəyə maraq göstərən şəxslər
- Gələcəkdə tibb təhsili almağı planlaşdıranlar
- Əməliyyatxana və anesteziologiya mühiti ilə tanış olmaq istəyənlər
- Tibbi müəssisələrdə texniki-təşkilati dəstək istiqamətində bilik qazanmaq istəyənlər
Kursun sonunda
Tədris proqramını və yekun qiymətləndirməni uğurla tamamlayan iştirakçılara TEAMMED Academy tərəfindən kursu bitirmə sertifikatı təqdim olunur.
Vacib məlumat: Bu kurs ilkin peşəyönümlü hazırlıq xarakteri daşıyır və rəsmi tibb təhsilini əvəz etmir. Sertifikat müstəqil anesteziya tətbiqi, tibbi manipulyasiya və ya lisenziya tələb edən klinik fəaliyyət hüququ vermir.
TEAMMED ACADEMY
Gələcək peşənizə doğru ilk addımı bilik və praktiki hazırlıqla atın!
Tədris müddəti: 6 ay
Tədris forması: Nəzəri və simulyasiya əsaslı praktik məşğələlər
Qəbul: Tibbi təhsili olmayan şəxslər üçün açıqdır
Qeydiyyat və ətraflı məlumat üçün TEAMMED Academy ilə əlaqə saxlayın.