ƏMƏLİYYATXANA ASSİSTENTLİYİ
1 illik peşəyönümlü hazırlıq proqramı
TEAMMED ACADEMYA
Əməliyyatxana tibbin ən yüksək dəqiqlik, intizam, komanda işi və məsuliyyət tələb edən sahələrindən biridir. Burada hər bir əməkdaşın öz vəzifəsini bilməsi, steril mühitin qaydalarına əməl etməsi və cərrahi komandanın iş prosesinə düzgün dəstək göstərməsi böyük əhəmiyyət daşıyır.
Əməliyyatxana Assistentliyi proqramı əməliyyatxana mühitində assistent və dəstək vəzifələrinə hazırlaşmaq istəyən şəxslər üçün nəzərdə tutulmuş 1 illik peşəyönümlü hazırlıq proqramıdır.
Proqram yalnız nəzəri bilik üzərində qurulmur. Məqsəd tələbəyə əməliyyatxananın iş prinsipini, cərrahi alət və materialları, steril mühit qaydalarını, xəstənin əməliyyata hazırlanmasını, komanda daxilində ünsiyyəti və assistentin gündəlik iş bacarıqlarını öyrətməkdir.
Tədris müddəti və dərs qrafiki
Müddət: 1 il
Dərslər: həftədə 3 dəfə
Bir dərsin müddəti: 2 saat
Həftəlik tədris: 6 saat
Tədris forması: nəzəri + praktik + simulyasiya + peşəyönümlü hazırlıq
Proqramda nələr öyrədilir?
Əməliyyatxana assistentinin peşəyə hazırlığı
Tələbələr ilk mərhələdən əməliyyatxananın strukturu və iş prinsipləri ilə tanış olurlar. Əməliyyatxana assistentinin vəzifələri, məsuliyyət sərhədləri, cərrah, anesteziya komandası və digər tibb personalı ilə əməkdaşlıq, əməliyyatxanada davranış və peşə etikası öyrədilir.
Xüsusi diqqət “assistent nə edə bilər və nəyi etməməlidir?” prinsipinə ayrılır.
Anatomiya və fiziologiya
Tələbəyə əməliyyatxanada qarşılaşacağı prosedurları və tibbi terminləri anlamağa kömək edən baza anatomiya və fiziologiya tədris edilir:
ürək-damar, tənəffüs, həzm, sidik-ifrazat, sinir, dayaq-hərəkət, reproduktiv sistemlər, dəri, damarlar və əsas anatomik nahiyələr.
Məqsəd həkim səviyyəsində diaqnostika öyrətmək deyil, əməliyyatxana assistenti üçün lazım olan anatomik baza yaratmaqdır.
Cərrahi terminologiya
Tələbələr əməliyyatxanada ən çox istifadə edilən tibbi və cərrahi terminləri, əməliyyat adlarının quruluşunu, anatomik istiqamətləri və cərrahi komandanın istifadə etdiyi əsas ifadələri öyrənirlər.
Aseptika, antiseptika və steril mühit
Bu istiqamət proqramın ən vacib hissələrindən biridir.
Cərrahi alətlər
Tələbə əməliyyatxanaya daxil olduqda alətləri ilk dəfə görməməlidir.
Əməliyyat otağının hazırlanması
Tələbələr əməliyyatdan əvvəl iş sahəsinin təşkilini öyrənirlər: əməliyyat otağının hazırlanması, avadanlıqların ilkin yoxlanılması, lazım olan materialların hazırlanması, steril materialların təşkil edilməsi, sərfiyyat materiallarının yoxlanılması və əməliyyatdan sonrakı otaq dövriyyəsinin əsas prinsipləri.
Xəstənin əməliyyata hazırlanması
Tələbələr xəstənin əməliyyatxanaya qəbulundan başlayaraq təhlükəsiz iş prinsiplərini öyrənirlər.
Buraya xəstənin identifikasiyasının yoxlanılması prinsipləri, sənədləşmə prosesinə dəstək, əməliyyat öncəsi hazırlığın yoxlama siyahısı, xəstənin təhlükəsiz transferi və əməliyyat masasına yerləşdirilməsinə dəstək daxildir.
Cərrahi mövqeləndirmə
Əməliyyatın növündən asılı olaraq xəstənin düzgün mövqeləndirilməsi mühüm təhlükəsizlik məsələsidir.
Tələbələr supin, pron, lateral, litotomiya, Trendelenburq və digər əsas cərrahi pozisiyalar haqqında məlumat əldə edir, təzyiq nöqtələrinin qorunması və təhlükəsiz mövqeləndirmənin əsaslarını öyrənirlər.
Əməliyyat zamanı assistentlik
Proqramın əsas praktik istiqamətlərindən biri tələbənin əməliyyat zamanı assistentin iş prosesini anlamasıdır.
Tələbələr əməliyyat komandasının iş ardıcıllığını, materialların hazırlanmasını, steril sahənin qorunmasını, cərrahi alət və materialların təhlükəsiz idarə olunmasının prinsiplərini, sayım proseslərinin əhəmiyyətini və komanda daxilində düzgün kommunikasiya qaydalarını öyrənirlər.
İnvaziv tibbi müdaxilələr və yalnız lisenziyalı/səlahiyyətli tibb işçisinin həyata keçirə biləcəyi prosedurlar assistentin müstəqil fəaliyyət sahəsi kimi təqdim edilmir.
Anesteziya haqqında baza bilikləri
Əməliyyatxana assistenti anestezioloqu əvəz etmir, lakin əməliyyatxanada baş verən prosesi anlamalıdır.
Buna görə tələbələr ümumi və regional anesteziya anlayışı, anesteziya komandasının rolu, monitorinqin əsasları, əməliyyat öncəsi və sonrası müşahidə prinsipləri haqqında baza bilikləri əldə edirlər.
İlk yardım və təcili vəziyyətlər
Əməliyyatxana yüksək riskli klinik mühit olduğuna görə tələbələr ilk yardım üzrə də hazırlıq keçirlər.
Proqrama huşun qiymətləndirilməsi, tənəffüs və nəbzin ilkin qiymətləndirilməsi, CPR/AED əsasları, qanaxma, şok, allergik reaksiyalar və digər təcili vəziyyətlərdə komanda daxilində düzgün davranış prinsipləri daxildir.
Əməliyyatdan sonrakı mərhələ
Tələbələr əməliyyat bitdikdən sonra da prosesin davam etdiyini öyrənirlər:
xəstənin təhlükəsiz transferinə dəstək, istifadə edilmiş alətlərin təhlükəsiz toplanması, iti-kəsici materialların idarə edilməsi, sterilizasiya prosesinə göndərilmə prinsipləri, tullantıların ayrılması və əməliyyat otağının növbəti prosedura hazırlanması.
Peşəyönümlü rus dili
Proqramda rus dili ümumi dil kursu kimi deyil, əməliyyatxana və klinik mühitə uyğun peşəyönümlü şəkildə tədris olunur.
Peşəyönümlü ingilis dili
Tibbi ingilis dili də proqramın vacib hissəsidir.
Tələbələr anatomiya, cərrahiyyə, əməliyyatxana, avadanlıq və alətlərlə bağlı əsas ingilis terminologiyasını öyrənirlər. Bu hazırlıq tibbi cihazların üzərindəki terminləri və beynəlxalq tibbi ifadələri daha rahat anlamağa kömək edir.
İşarət dili
Proqrama baza və praktik işarət dili də daxil edilir.
Məqsəd eşitmə və nitq məhdudiyyəti olan pasiyentlə ilkin ünsiyyətin daha əlçatan qurulmasına kömək edən əsas işarə və kommunikasiya prinsiplərini öyrətməkdir.
Kompüter və rəqəmsal bacarıqlar
Müasir səhiyyə müəssisəsində assistentin kompüterdən istifadə bacarığı da vacibdir.
Tələbələr kompüterdən gündəlik istifadə, Word, baza Excel, elektron poçt, elektron qeydiyyat, sənədlərin hazırlanması və sistemləşdirilməsi, pasiyent məlumatlarının məxfiliyinin qorunması və rəqəmsal klinik sistemlərin ümumi iş prinsipləri ilə tanış olurlar.
Peşəkar ünsiyyət və komanda işi
Əməliyyatxanada düzgün kommunikasiya xəstə təhlükəsizliyinin bir hissəsidir.
Buna görə tələbələrimiz cərrahla, anesteziya komandası ilə, digər tibb işçiləri ilə və pasiyentlə düzgün ünsiyyət; tibbi etika; məxfilik; stress altında davranış; komandada işləmək; tapşırığı düzgün qəbul etmək və təhlükəsizlik problemi gördükdə bunu vaxtında bildirmək kimi bacarıqlar əldə edirlər.
Praktik və simulyasiya məşğələləri
TEAMMED ACADEMYA-da məqsəd tələbənin yalnız mövzuları əzbərləməsi deyil.
Tələbə qarşısında real iş mühitinə bənzər situasiyalar yaradılır:
“Əməliyyat otağı necə hazırlanmalıdır?”
“Steril sahənin kontaminasiyası baş verdi – nə etməliyəm?”
“Cərrah müəyyən alət istəyir – onu tanıyırammı?”
“Xəstə əməliyyat otağına gətirildi – təhlükəsizlik baxımından hansı mərhələlər vacibdir?”
“İti-kəsici alətlə bağlı təhlükəli vəziyyət yarandı – necə davranmalıyam?”
“Rusdilli və ya eşitmə məhdudiyyətli pasiyentlə ilkin ünsiyyəti necə qurmalıyam?”
Beləliklə, nəzəri bilik → simulyasiya → praktik bacarıq → iş mühitinə hazırlıq ardıcıllığı yaradılır.
Kursu bitirdikdən sonra
Proqramı uğurla başa vuran tələbələr əldə etdikləri hazırlıq və konkret müəssisənin işə qəbul tələblərindən asılı olaraq özəl səhiyyə sektorunda əməliyyatxana və cərrahi xidmətlərdə assistent/dəstək xarakterli vəzifələrə müraciət etməyə daha hazırlıqlı olurlar.
İşə yönləndirmə dəstəyi
TEAMMED ACADEMYA təhsil müddətində davamiyyəti, nəzəri biliyi, praktik bacarığı, intizamı, etik davranışı və yekun nəticələri yüksək olan tələbələrə özəl sektorda uyğun iş imkanlarına yönləndirmə dəstəyi göstərir.
İşə yönləndirmə işə qəbul zəmanəti deyil. Son seçim və işə qəbul müvafiq müəssisənin tələbləri və qərarı əsasında həyata keçirilir.
Məqsədimiz
Tələbənin kursu yalnız sertifikatla deyil, əməliyyatxana mühitini anlayan, təhlükəsizlik və sterilizasiya prinsiplərini bilən, cərrahi alətləri tanıyan, komandada işləməyi bacaran və assistent səviyyəsində iş mühitinə hazırlanmış məzun kimi bitirməsidir.
Müddət: 1 il
Dərslər: həftədə 3 dəfə
Dərs müddəti: hər dəfə 2 saat
Tədris: nəzəri + praktik + simulyasiya
Əlavə hazırlıq: Rus dili • İngilis dili • İşarət dili • Kompüter
Karyera dəstəyi: yüksək nəticə göstərən məzunlara özəl sektorda işə yönləndirmə dəstəyi
TEAMMED ACADEMYA
Bilikdən bacarığa, bacarıqdan peşəyə.