Hörmətli tələbələr və gələcək səhiyyə mütəxəssisləri,
TeamMed Tədris Mərkəzini qurarkən əsas məqsədimiz sadəcə bilik vermək deyildi — biz real klinik mühitdə işləyə bilən, praktik bacarıqlara sahib, məsuliyyətli və peşəkar kadrlar yetişdirməyi qarşıya məqsəd qoyduq.
Biz inanırıq ki, tibb sahəsində uğur yalnız nəzəri biliklə deyil, düzgün praktik yanaşma və sistemli təlimlə mümkündür. Bu səbəbdən TeamMed-də hər bir dərs praktikaya əsaslanır. Bizim üçün “praktikasız dərs — dərs sayılmır” prinsipi əsasdır.
Tədris proqramlarımız sıfırdan başlayan tələbəni addım-addım inkişaf etdirərək:
— baza biliklərdən
— praktik bacarıqlara
— imtahan hazırlığına
— və sonda iş mühitinə inteqrasiyaya qədər aparır.
Biz tələbə yox, hazır kadr yetişdiririk.
Bizim üçün “işə təminat” sadəcə bir vəd deyil — bu, qurulmuş sistemdir. Bu sistemdə yalnız imtahandan uğurla keçən və praktik bacarıqları tam formalaşan tələbələr iş mühitinə yönləndirilir.
TeamMed Tədris Mərkəzi olaraq məqsədimiz ölkəmizdə səhiyyə sahəsində keyfiyyətli kadrların sayını artırmaq, tələbələrimizin gələcəyinə real töhfə vermək və onları peşəkar həyatın çətinliklərinə hazır şəkildə yetişdirməkdir.
Sizə bu yolda uğurlar arzulayır və TeamMed ailəsinin bir parçası olmağa dəvət edirəm.
Hörmətlə,
Dr. Həsənova Ülviyyə
TeamMed Tədris Mərkəzinin rəhbəri