• AF Business House, 6-cı mərtəbə
  • +994 50 990 90 38

TEAMMED AKADEMİYA — Tədris Mərkəzi Haqqında

TeamMed Akademiya 5 ildən artıqdır ki, tibb sahəsində ixtisaslaşmış tədris mərkəzi kimi fəaliyyət göstərir. Akademiyamızın əsas məqsədi, sağlamlıq sektorunda çalışan və çalışmaq istəyən şəxslərə müasir, elmi əsaslı və praktik biliklər təqdim etməkdir. Biz tələbələrin peşəkar bacarıqlarını artırmaqla yanaşı, onları etik və məsuliyyətli səhiyyə işçiləri kimi formalaşdırırıq.

Fəaliyyət istiqamətlərimiz

  • Peşəkar tibbi kurslar: Xəstə baxımı, ilkin tibbi yardım, əczaçılıq, tibb bacısı hazırlığı və digər tibbi ixtisaslar üzrə kurslar
  • Sertifikatlaşdırma proqramları: Sahə üzrə tələb olunan sertifikatların verilməsi və ixtisasartırma kursları
  • Praktiki təlimlər: Simulyasiya laboratoriyaları, real xəstə baxımı təcrübələri
  • Yenilikçi tədris metodları: Interaktiv dərslər, məsələ həll etmə, seminarlar və vebinarlar

Üstünlüklərimiz

  • Peşəkar və sertifikatlı müəllim heyəti
  • Müasir tibbi avadanlıq və tədris resursları
  • Tələbə mərkəzli, fərdi yanaşma
  • Ölkə və beynəlxalq səhiyyə standartlarına uyğun tədris proqramları
  • Praktiki və nəzəri biliklərin inteqrasiyası

Missiyamız

“TeamMed Akademiya olaraq, tibbi bilik və bacarıqları yüksək səviyyədə tədris etməklə, sağlamlıq sahəsində etik, məsuliyyətli və peşəkar kadrlar yetişdirmək və səhiyyə sisteminin inkişafına dəstək olmaq.”


Vizyonumuz

“Azərbaycanın tibb təhsili sahəsində qabaqcıl, innovativ və nüfuzlu tədris mərkəzi olmaq; tələbələrimizi müasir texnologiyalar və ən yaxşı tədris metodları ilə təmin edərək, onların beynəlxalq səviyyədə rəqabət qabiliyyətli peşəkarlar kimi yetişməsini təmin etmək.”